Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yanlış din anlayışı hakimdir. Bu cür cəmiyyətdə yetişən insanlar dini yanlış mənbələrdən öyrənir, Allahı və Onun əmr etdiyi gözəl əxlaqı tanımırlar. Buna görə də hər kəsin din adına fərqli qanunları, eləcə də bir-birinə bənzəməyən doğru və yanlışları olur. Halbuki həqiqi dinin mənbəyi Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran bütün kainatı yoxdan yaradan, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür.

Quranın üslubu hər insanın başa düşəcəyi kimi sadə, aydın və hikmətlidir. Buna baxmayaraq, Allaha və dinə səmimiyyətsiz yanaşan, hətta düşmən olan bəzi insanlar Quranın ayələrini doğru şərh etmir və qərəzli münasibət göstərirlər. Bəziləri isə dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafatlar uydururlar. Quranı və Peyğəmbərimizin (səv) həyatını bilən iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allahı və Quranı tanımayanlar cahillikləri ucbatından bu xurafatların təsiri altında qalır, Qurana əsaslanmayan bu batil dini həqiqi din zənn edirlər. Quranı və hədisləri oxumadıqlarına görə də Allahın bəyəndiyi dinin gözəlliklərini görmürlər.

Allahın bütün insanlara hidayət olaraq endirdiyi Quran bu insanları heç maraqlandırmır. Hər hansı bir dini mövzunu öyrənmək istədikdə Allahın qiyamətə qədər qoruyacağı Qurana deyil, yanlış mənbələrə müraciət edir və Quranı oxumurlar. Bu vəziyyət Quranda “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdir!” (Furqan surəsi, 30) ayəsi ilə ifadə edilir. Halbuki dinin mənbəyi Quran ayələri və Quranda əmr edilənləri ən gözəl tərzdə tətbiq edən Peyğəmbərimizin (səv) sünnəsidir, yəni sözləri, əməlləri və davranışlarıdır. Quran insanların oxuyub anlamaları, orada yazılanları öyrənmələri, bütün kainatı yoxdan yaradan Rəbbimizi tanımaları, həmçinin Ona necə qulluq edəcəklərini bilmələri üçün uca Allah tərəfindən endirilmişdir. Allah ayələrini müxtəlif nümunə və qissələrlə ətraflı şəkildə açıqlamışdır. Allahın “... Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq...” (Ənam surəsi, 38) ayəsində bildirdiyi kimi, Quran nöqsansızdır. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyatla bağlı bir çox məlumat Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah “Sizə sizləri xatırladan bir kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə bu həqiqəti bildirmişdir.

Bu sayt Quranın Allahın sözü və insanlar üçün hidayət rəhbəri olduğunu, dünyadakı hər insana xitab etdiyini, eləcə də hökmlərinin endirildiyi zamandan bəri bütün dövrləri əhatə etdiyini göstərmək məqsədi ilə hazırlanmışdır. Buna görə də hər insan İslam dinini öyrənmək üçün mütləq Qurana müraciət etməlidir.

Beləliklə, insanlar İslam dinini ətraflı araşdırmalı və Quran ayələrini oxuyub düşünməlidirlər. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıllı, vicdanlı və sağlam düşüncəli hər müsəlmanın ən vacib vəzifələrindən biridir.

QURANİ-KƏRİM HAQQ KİTABDIR


Adnan Oktar: Üç din yaradıb cənabi-Allah. Musəvilik, İsəvilik və Muhəmmədilik. Muhəmmədi din, yəni İslam haqq dindir. Digər dinlərlə müqayisə etdikdə də bu görünür. Səmimi deyirəm, İncilə baxan kimi onun təhrif olunduğu görünür. Təslis (üç məbud, üç üqnum inancı), yəni bir insana Allah deyilməsi çox böyük zülmdür. Bu, xristianlara qarşı oynanılmış böyük oyundur. Musəvilikdə də axirət inancı ciddi şəkildə təhrif olunub.

Aparıcı: Kitablar dəyişdirilibmi?

Adnan Oktar: Çox dəyişdiriblər, onsuz da özləri bunu inkar etmirlər. Əlbəttə, haqq olan bəzi qisimlər var ki, onlar təhrif olunmayıb. Biz həmin hissələri, yəni Qurana uyğun olan yerləri kitab formasına saldıq. Quran açıq-aşkar həqiqətdir, hər insan vicdanla Quranı dərhal anlayar. Quranın anlaşılmayan yönü yoxdur, bu bizim üçün çox böyük nemətdir, Allaha şükür. Məsələn, Quran olmasa idi, biz axirəti bilməyəcək və bundan xəbərimiz olmayacaqdı. Əgər axirət haqqında Tövratdan öyrənmək istəsək, məlumat əldə edə bilməzdik, İncildə də bunun haqqında çox az məlumat və izahlar var. Quran isə olduqca aydın və sadədir. Cənabi-Allah Quranı ən gözəl üslubla izah etmişdir. Allahın varlığı və Quran çox dəqiqdir, yəni o mövzuda insanların şübhə etməsi mümkün deyil. (Cənab Adnan Oktarın 13 mart 2010-cu il tarixli reportajından, www.harunyahya.tv)